Elçin Mirzəbəyli: DİQQƏT!

Elçin Mirzəbəyli: DİQQƏT!

Elçin Mirzəbəyli: DİQQƏT!

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, yanvarın 2-də saat 18:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib. Bundan sonra baş çavuş Elxan Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

 

Hazırda baş çavuş Elxan Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Dəyərli dostlar, hər birinizdən diqqətli olmağı, baş verən faciədən sui-istifadə hallarına, manipulyasiyalara yol verilməməsi üçün yalniz Baş Prokurorluğun və DSX-nın rəsmi məlumatlarını paylaşmağınızı xahiş edirəm.

 

Baş verən hadisənin səbəbi, şübhəsiz ki, bəlli olacaq.

 

Ancaq son günlər Silahlı Qüvvələrimizin nüfuzuna, Xalq-Dövlət-Ordu birliyinə məqsədyönlü şəkildə, yaxud müxtəlif psixoloji vasitələrlə, stimullaşdırıcı və təhrikedici hərəkətlərlə zərbə vurmaq cəhdləri açıq-aşkar hiss olunmaqdadır. Azərbaycanın qələbəsi, milli həmrəyliyimiz, Konstitusiya quruluşumuza, dünyəvi dövlətçiliyimizə sonsuz sədaqətimiz düşmənlərimizi və üzdə dost görünməyə çalışan simasız, riyakar "tərəfdaş"larımızı qane etmir. İdeoloji vassallar, canişinlər ölkədən qovulsalar da, kamufulyaj olunmuş beşinci kolon, "gözəgörünməz" nüfuz muvəkkilləri hələ də mövcudluqlarını qoruyub saxlayırlar. Belələrinin də sonu yaxın günlərdə gələcək!

İndi Dövlətimizə olan sonsuz güvənimizi, etimadımızı hiss etməliyik!
Sonunadək Azərbaycan!
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020