Şəhidin doğum ili qeyd olunub (AZpressAZ -Mais İbrahimov +FOTO=27)
Bu xəbəri paylaş
Şəhidin doğum ili qeyd olunub (AZpressAZ -Mais İbrahimov +FOTO=27)
Şəhidin doğum ili qeyd olunub
Yanvarın birində şəhid Samir Mikayıllının doğum günü onun doğulub, boya-başa çatdığı Salmanbəyli kəndində qeyd olunub. Mərasim iştirakçıları şəhidin təhsil aldığı Əlfi Məmmədov adına məktəbdə onun xatirəsinə həsr edilmiş guşə ilə tanış olublar. Sonra onlar Samirin dəfn olunduğu Salmanbəyli kənd qəbiristanlığında məzarına baş çəkib, xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyaraq, onun haqqında, keçdiyi qısa və şərəfli ömür yolundan söhbət açıblar. Şəhid haqqında xatirələrini bölüşən tədbir iştirakçıları kəndin mərkəzində salınmış Samir Mikayıllı adına parkına baş çəkiblər. Burada vaxtı ilə Samirin oxuduğu kənd tam orta məktəbinin direktoru Gülbikə Qəhrəmanova, kənd ağsaqqalı Heydər Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı İlkin Alıyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov çıxış edərək Samir Mikayıllının ömür yolundan və Vətən müharibəsində göstərdikləri rəşadətdən danışmışlar.
Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı zabiti olan Samir Mikayıllı düşmənlə son nəfəsinə qədər vuruşaraq, Şuşanın azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş və müharibənin başa çatmasına bir neçə saat qalmış minaatan mərmisinin qəlpəsindən ağır yaralanaraq, şəhadətə qovuşmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Samir Mikayıllı ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub...
Şəhidlər unudulmur, onların əziz, ölməz xatirələri qədirbilən xalqımızın qəlbində əbədi yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Adil MİSİRLİ
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


























