"Kesişme: İyi Ki Varsın Eren" filmi artıq "Park Cinema"da! - VİDEO

Türkiyənin ən gözlənilən filmlərindən biri, “Kesişme: İyi Ki Varsın Eren”, artıq “Park Cinema”da.


Film Trabzon Maçkada terrorçularla qarşıdurma zamanı həyatını itirən 15 yaşlı Eren Bülbül və zabit Ferhat Gedikin həyatından bəhs edir.


TRT kanalı tərəfindən istehsal olunmuş, baş rollarda İsmail Hacıoğlu, Rahman Beşel, Ahmet Eren Taşdelen, Alayça Öztürk, Gülçin Kültür Şahin çəkilmiş, rejissoru Özer Feyzioğlu olan film yanvarın 1-dən Türkiyənin kinoteatrlarında artıq nümayiş olunmağa başladı və bir həftə içində 200 000 izləyici tərəfindən baxılıb.


“Park Cinema”, filmi Azərbaycanda nümayiş etdirən yeganə kinoteatrlar şəbəkəsidir. Qeyd edək ki, bu filmə “Park Cinema Flame Towers”, “Park Cinema Park Bulvar”, “Park Cinema Metropark”, “Park Cinema Zagulba Mall” və “Park Cinema Şahdağ” kinoteatrlarında baxmaq olar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020