TÜRK DÜNYASI COĞRAFİYASI VƏ ETNOSU KİTABININ RUS DİLİNDƏ İKİNCİ CİLDİ ÇAPDAN ÇIXIB +FOTO

“TÜRK DÜNYASI COĞRAFİYASI VƏ ETNOSU” KİTABININ RUS DİLİNDƏ İKİNCİ CİLDİ ÇAPDAN ÇIXIB +FOTO

“TÜRK DÜNYASI COĞRAFİYASI VƏ ETNOSU” KİTABININ RUS DİLİNDƏ İKİNCİ CİLDİ ÇAPDAN ÇIXIB 

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyası coğrafiyası və etnosu” kitabının rus dilində ikinci cildi çapdan çıxıb.

Kitabın elmi redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru, Zakir Eminov, buraxılışına məsul şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmranidir.

Fundamental əsərin “İqtisadi və sosial coğrafiya” adlanan 2-ci cildi müstəqil türk dövlətləri və milli qurumlara həsr olunub. Məlum olduğu kimi, əsərin 1-ci cildi türk dünyası və qurumlarının fiziki coğrafi xüsusiyyətlərinə həsr olunmuşdu. İkinci cilddə türk dünyasının 6 müstəqil dövlətinin və 11 milli qurumunun bütün iqtisadi-coğrafi və sosial vəziyyəti tədqiq və təhlil edilir. Təqribən 11 milyon kvadrat kilometr ərazinin, 200 milyon nəfərə qədər əhalinin geosiyasi məkanda yeri, iqtisadi-coğrafi mövqeyi araşdırılır, “qədim ipək yolu”nun bərpasında bu ölkələrin rolu və iştirakı ətraflı təhlil edilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020