Akif AĞAYEV: MASALLI: GÖZƏLLƏŞƏN ƏRKİVAN...
Bu xəbəri paylaş
MASALLI: GÖZƏLLƏŞƏN ƏRKİVAN...
Abadlaşan Bağlakücə ...
Masallı rayonunun Ərkivan qəsəbəsi gündən-günə böyüyüb gözəlləşir. Ərazidə səliqə-sahman yaradılır, quruculuq işləri genişləndirilir.
Qəsəbənin Bağlakücə məhəlləsində (Bağlaküçə küçəsi) bu işlərə artıq start verilib. Məhəllənin giriş qapısı hazırlanıb, işıqlandırma sistemi qurulub. Küçələrin kənarı kol-koslardan təmizlənərək, genişlənir, çınqıllanır, yolboyu suötürücü arxlar, kanallar sahmana salınır, ağaclar əkilir.
Məhəllə qəbiristanlığında artezian quyusu qazılıb, su çəni qoyulub, işıqlandırma sistemi qurulub, hasarı yenilənib.
Qeyd edək ki, davam edən abadlıq-quruculuq işləri təşəbbüskar-təşkilatçılar tərəfindən yerli sakinlərin və qəsəbədən kənarda yaşayan ərkivanlıların maddi dəstəyi ilə həyata keçirilir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

