Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək

Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək 

 

Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri sayılır. Ölkəmizdə arıçılığın inkişaf etdirilməsi üçün kifayət qədər əlverişli şərait mövcuddur. Azərbaycan dövləti tərəfindən arıçılığın inkişafına göstərilən xüsusi qayğı və diqqət arıçılıqla məşğul olanların sayına müsbət təsir göstərmişdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı tərəfindən ölkəmizdə inkişaf potensialı olan sahələrə dəstək verilməsi daima prioritet hesab olunur. Belə ki, AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə yeni rezident – “BEYT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Smart” arı yeşiklərinin istehsalı təşkil ediləcək.

 

İstehsalı planlaşdırılan ağıllı arı yeşiklərinə temperatur, rütübət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçəcək tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanma ilə bağlı məlumatları fermerə ötürəcək proqram təminatı hazırlanacaq. İlkin mərhələdə 20 nəfər heyətlə işə başlanılması planlaşdırılır. Müəssisə illik istehsal gücü 500 min ədəd ağıllı yeşik təşkil edəcək. Bu isə işğaldan azad edilən bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq.

 

AMEA Yüksək Texnologiyalar Parkı innovasiya və yüksək texnologiyalar istiqaməti üzrə investisiya layihələrinin qəbulunu davam etdirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020