İnarə Babayevanın yeni aranjimanda "Azərbaycan - Dünyam mənim" mahnısını təqdim olunub - VİDEO

Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevanın yeni aranjimanda “Azərbaycan - Dünyam mənim” mahnısını təqdim olunub.


 Mahnının sözləri görkəmli sənətkarımız, zəngin ədəbi irsinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xalq şairi Məmməd Araza, musiqisi Azərbaycanın sevilən bəstəkarı, mahnıları daim dillər əzbəri olan,  Xalq artisti Ramiz Mirişliyə və aranjimanı isə Cavid Cavadoğluna məxsusdur.
 

İnarə Babayevanın sözlərinə görə, Azərbaycan, Vətən mövzusunda çox şeirlər, musiqilər yazılıb, ithaf olunub. Amma Azərbaycan – dünyam mənim” şeiri mənim həyatımda xüsusi əhəmiyyət kəsb edir və bənzərsizdir. Vətənimizin müqəddəsliyindən, xalqımızın keşməkeşli günlərindən, vətənpərvərliyindən, zəhmətkeşliyindən, şanlı tariximizdən bəhs edən təkrarsız əsərlərdən biridir.
 

 Beləliklə böyük məmnuniyyətlə, fəxrlə və qururla bu mahnımı yeni arenjimanda çox dəyərli dinləyicilərimizinn ixtiyarına verirəm.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020