Botanika İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb +FOTO=5

Botanika İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb 

 

AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında 21dekabr 2021-ci il tarixli sərəncamına əsasən AMEA Botanika İnstitutunda 2021/2022 ci tədris ili üçün qış imtahan sessiyası başlanılıb. İmtahanlarda “Botanika” ixtisası üzrə I kursda təhsil alan 2 və II kursda təhsil alan 3 magistrant, “Mikologiya” ixtisasları üzrə isə II kursda təhsil alan 2 magistrant iştirak edir. İmtahanlar xüsusi karantin rejiminə uyğun şəkildə təşkil olunub. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar. AMEA Rəyasət Heyyəti Aparatının Təhsil şöbəsinin magistratura sektorunun müdiri, f.ü.f.d Qafil Dəmirov imtahanların gedişatı ilə tanış olub və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb.

Botanika İnstitutunda imtahanlar 31 yanvar tarixinə qədər davam edəcəkdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020