Elçin Mirzəbəyli: AXC-nin müstəqilliyinin de-fakto tanınmasının 102-ci ildönümüdür
Bu xəbəri paylaş
Elçin Mirzəbəyli: AXC-nin müstəqilliyinin de-fakto tanınmasının 102-ci ildönümüdür
Bu gün Paris Sülh Konfransının Ali şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasının 102-ci ildönümüdür. Bu münasibətlə keçirilən bayram tədbirində səslənən fikirlərdən iqtibaslar:
"Camaat, bu gün şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır"
Şeyxülislam
"Bu sizin arzunuzdur. Hürr və müstəqil qalmaq istədiniz, nail oldunuz..."
Nəsib Bəy Yusifbəyli
"28 may 1918-ci ildə Azərbaycan istiqlaliyyətini aləmə bildirdi. Bu gün o istiqlal təsdiq edilir..."
Fətəli Xan Xoyski
"Bir kərə yüksələn bayraq bir daha enməz", - deyirdik. Bu gün kamali-cürət və iftixarla küçə və bazarda deyiriz: bir dəfə yüksələn bayraq, bir daha enməz"
Məhəmməd Əmin Rəsulzadə
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

