Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini Omikron ştammı barədə ətraflı məlumat verib - VİDEO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev ARB24 TV-nin “İşgüzar səhər” verilişində Omikron ştammı barədə ətraflı məlumat verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz.
 

Ölkə xaricindən Azərbaycana gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” ştammı aşkarlanıb.
 

Omikron ştammının Azərbaycanda aşkarlanması bundan sonrakı mərhələdə bizim üçün hansı təhlükələr yarada bilər?


Özünüzdə yüngül soyuqdəymə simptomları görürsünüzsə nə etmək lazımdır?


Dr.İsmayıl Əfəndiyev bildirib: “Omikron ştammı daha güclü yoluxma potensialına malikdir. Belə ki, bir xəstə insan ətrafdakı 8 sağlam insanı yoluxdura bilər Buna görə ilk öncə vaksinasiya olunmamış insanlar vaksinasiya olunmalıdırlar. Həmçinin, sosial məsafə saxlamaqla və individual qoruyucu vasitələrdən istifadə etməklə bu dalğanı bir qədər zəiflədə bilərik. Azərbaycanda vaksinlərin seçimi var. Vaksinlərin hər biri effektivlidir və insanları xəstəliyin ağır gedişatından qoruyur. Özünüzdə yüngül soyuqdəymə simptomları görürsünüzsə, dərhal PZR test vermək lazımdır”. Ətraflı süjeti izləyin.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020