Kərim Kərimli: HANI?

Kərim Kərimli: HANI?

Kərim Kərimli: HANI?

 

Çox uzandı bu həsrətin yolları,
Bir qırpımda gedəcəyim yol hanı?
Bənövşəsin çox dərmişəm dağların,
Diblərinə diz qoyduğum kol hanı?

 

Mən demişdim ağlamaram bir daha,
Göz yaşıyla çağlamaram bir daha.
Qəlbimdə qəm saxlamaram bir daha,
Ürəyimdə pardaxlanan gül hanı?

 

Bir su olub süzüləydim aradan,
Qanım daha axmayaydı yaradan.
Məni dərdə yaradıbmı yaradan?
Əmin edən, bir ovudan dil hanı?

 

O ürəkdən bu canacan nə yoldu?
Ərgünəşdən Qırxızacan nə yoldu?
Yağlıvənddən Şuşayacan nə yoldu?
O yolları tapdalayan el hanı?

 

 

“Ay Kərimli, bir az da döz”, – deyirlər,
Bilirəm ki, bəlkə də düz deyirlər.
Nə istəsəm, yerinə söz deyirlər,
Bənd-bərəni dağıdacaq sel hanı?
Bir qırpımda gedəcəyim yol hanı?

 

14.01.2022, Bakı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020