AMEA əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər +FOTO=7

AMEA əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər 

 

Tarixin həm kədər, həm də qürur səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. Xalqımızın mərd oğul və qızları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanları ilə Azərbaycanın yeni tarixi yazdılar.

 

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Veteranlar Şurasının sədri AMEA-nın müxbir üzvü, b.ü.e.d İbrahim Əzizov, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, həmçinin bir qrup əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Faciə nəticəsində həlak olmuş şəhidlər yad edilmiş, məzarlarına qərənfillər düzülmüşdür.

 

Azərbaycan xalqının əzm və iradəsinin sübutu olmuş 20 Yanvar hadisəsi yaddaşlardan heç zaman silinməyəcək, şəhidlərimiz hər zaman qürür və hörmətlə anılacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!!!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020