Botanika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb +FOTO=3

Botanika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

 

AMEA Botanika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Öncə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar faciəsinin, müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş bu qətliam xalqımızın mübarizə əzmini qırmamış, əksinə müstəqillik ideyası ətrafında həmrəy olmağımızda böyük rol oynamışdır.

Tədbirin sonunda institutun əməkdaşları faciə qurbanlarının xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyub, onların ruhuna dualar oxuyublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020