COĞRAFİYA DƏRSLİYİ ÇAPDAN ÇIXIB +FOTO
Bu xəbəri paylaş
COĞRAFİYA DƏRSLİYİ ÇAPDAN ÇIXIB
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun elmi redaktorluğu ilə ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün Coğrafiya dərsliyi çapdan çıxıb.
Kitabın redaksiya heyətinə coğrafiya elmləri doktorları Fərda İmanov, Məhəmməd Abduyev, coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Ziyafət Ağayev, Rəşail İsmayılov, Mövlud Teymurov və elmi işçi Bəyimxanım Hüseynova daxildir.
Dərslik 10 hissədən ibarət olub, coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi və təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
