20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ağcabədidə dərin hüznlə yad edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=57)

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ağcabədidə dərin hüznlə yad edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=57)

 

20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə anılıb. Faciənin 32-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, anım mərasimi öncə Ağcabədi rayon Hindarx qəsəbəsində Şəhidlər Xiyabanı, sonra Muğanlı kəndindəki Qəhrəmanlar parkı ziyarət edilib. Daha sonra Ağcabədi Qəhrəmanlar parkına gələn ziyarətçilər tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi, I və II Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

 

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

 

Qeyd edək ki, səhər saatlarından başlayan ziyarət davam edir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020