"N.X.Andersen Şahzadənin ulduzu" tamaşasına bərpadan sonra daxili baxış keçirildi +FOTO=5

"N.X.Andersen “Şahzadənin ulduzu" tamaşasına bərpadan sonra daxili baxış keçirildi +FOTO=5

"N.X.Andersen “Şahzadənin ulduzu" tamaşasına bərpadan sonra daxili baxış keçirildi 

 

Sumqayıt Dövlət Dram teatrının repertuar planı tərtib edilərkən hər zaman uşaq və yeniyetmələr də nəzərə alınıb. Bu işdə milli əsərlərlə yanaşı müxtəlif dünya şöhrətli yazıçılara da müraciət olunub Vaxtilə teatrın repertuarında yer alan maraqlı tamaşalardan biri "N.X.Andersen “Şahzadənin ulduzu" tamaşasına bərpadan sonra daxili baxış keçirilib.

 

Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur. Tərtibatın quruluşu Nizami Dadaşova, rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur. Rolları Dağlar Rüstəmov, İlqar İbrahimov, İradə Zeynalova, Sevda Hüseynova, Etibar Əmirov, Məryəm Hüseynli, Aynur Hümmətova, Elmir Mehdiyev, Ceyhun Məhərəmov və Ramazan Xanlarov canlandırırlar.

 

Baxışdan sonra teatrın direktoru əməkdar artist Mübariz Həmidov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, çıxış edərək bərpa edilmiş tamaşa barədə mülahizələrini söylədilər. Qüsurlu epizodlar diqqətə çatdırıldı və tamaşanın bütövlükdə məktəblilərə göstərilməsi məqbul sayıldı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020