“Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərin açılışı olub +FOTO

“Müharibədən sonrakı reallıqlar və media”mövzusunda təlimlərin açılışı olub 

 

Yanvarın 24-də Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərin açılışı olub.

 

Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdəki fəaliyyətlərinə töhfə verməkdir.

 

Təlimlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və başqaları iştirak ediblər.

 

“Azərbaycanın müharibədən sonrakı dövrdə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi” , “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında keçirilən təlimlər müvafiq istiqamətlərdə nəzərə alınmalı həssas məqamları və digər məsələləri əhatə edəcək.

 

Təlimin ikinci günündə “Post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, “Post-münaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında təlim baş tutacaq.

 

Təlimin üçüncü günü, yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press tur təşkil ediləcək. Sonda jurnalistlərə sertifikatlar təqdim olunacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020