Şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası davam edir +FOTO=6

Şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası davam edir +FOTO=6

Şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası davam edir

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası keçirilib.

 

Aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Aksiyanın aparıcısı Könül Muxtarova növbəti xeyriyyə aksiyası iştirakçılarını salamlayıb, sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova çıxış edərək, görülən tədbirin əhəmiyyətindən danışıb.

 

İş adamı Ruhi Əliyeva tanınmış sənətkarlar – Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov və Samirə Allahverdiyeva tədbirə dəstək veriblər.

 

Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.

 

Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələri daim diqqət mərkəzində saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.

 

 

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020