“Gözəl yurdumuz - Gənc Fotoqrafların gözü ilə” adlı layihə keçirilib +FOTO=23

“Gözəl yurdumuz - Gənc Fotoqrafların gözü ilə” adlı layihə keçirilib 

 

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gözəl yurdumuz - Gənc Fotoqrafların gözü ilə” adlı layihəsi ilə bağlı məlumatı diqqətinizə çatdırırıq.

 

Layihə çərçivəsində Cənub bölgəsinin 7 rayonundan (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları) 14 gənc fotoqraf 2 gün müddətinə Lənkəran şəhərində “Fotoqrafiyanın əsasları” adlı təlimdə iştirak etmişlər. Təlim iştirakçıları növbəti 2 gündə (cəmi 4 gün) təmsil etdikləri rayonlarda foto şəkillər çəkməklə nəticədə mövzu üzrə həm nəzəri, həm də praktik məlumat almışlar. Təlimlər Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən keçirilmişdir.

 

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu ilə yanaşı Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran şəhər H.Əliyev mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020