Akif Ağayev: "Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu" - Masallıda maarifləndirici tədbir (+FOTO=4)

Akif Ağayev: "Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu" - Masallıda maarifləndirici tədbir 

 

Masallı rayonunun Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, rayon polis (RPŞ) və təhsil şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə “Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu” mövzusunda tədbir keçirilib.

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxışlarında bildiriblər ki, cəmiyyətin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin, zərərli vərdişlərin təsirindən qorunmasında təhsilin böyük rolu var.

 

Mövzunun aktuallığından və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, zərərli vərdişlərə qarşı mübarizə ailənin, həmçinin bütün cəmiyyətətin işidir.

 

Tədbirdə məktəblilərin sualları cavablandırılıb, mövzu ilə bağı video-çarx nümayiş olunub.

 

Akif AĞAYEV,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020