Akif AĞAYEV “Gənclər həftəsi” çərçivəsində “Breyn rinq” - Masallıda bilik yarışı
Bu xəbəri paylaş
“Gənclər həftəsi” çərçivəsində “Breyn rinq” - Masallıda bilik yarışı
2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Gənclər Həftəsi” çərçivəsində Masallı rayon Gənclər və İdman İdarəsi, "Gənclər evi" sosial xidmət müəsissəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Masallı "ASAN" İntellektual İnkişaf Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə gənclər arasında breyn-rinq intellektual bilik yarışı keçirilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov tədbirin məqsədi barədə məlumat verib, yarış iştirakçılarını Gənclər günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışmanın yekun nəticələrinə əsasən, Binə Xocavar kənd B.Nuriyev adına tam orta məktəbin “Qarabağ” komandası birinci, Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin ”Sirus” komandası ikinci, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin “Böyük Xocavar” komandası üçüncü yerə layiq görülüblər.
Fərqləndiyinə görə isə Masallı “ASAN” xidmət Mərkəzinin “Evrika” komandası diplomla mükafatlandırılıb.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)