Deputatı İlham Məmmədov Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzində olub - FOTO

Milli Məclisin deputatı İlham Məmmədov 29 yanvar 2022-ci il tarixdə Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzində olub. Deputat mərkəzdə Covid 19 pandemiyasina qarşı həyata keçirilən vaksinasiya prosesinin gedişi ilə yaxından maraqlanıb, vətəndaşlarımızın sağlam həyat tərzinə yenidən qayıtması istiqamətində vaksinasiyanın vacib əhəmiyyətindən danışıb.Eyni zamanda Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlardan, xüsusilə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə pandemiyanın başladığı ilk günlərdən ölkəmizə çoxlu sayda vaksinlərin gətirilməsindən və müalicə məqsədilə modul tipli xəstəxanaların yaradılmasından geniş bəhs edib. Eyni zamanda İlham Məmmədov vaksinasiya prosesində fəal zəhməti olan həkimlərlə görüşərək, onlara minnətdarlıq ifadə edib və yorulmaz fəaliyyətlərində uğurlar arzulayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020