"Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması" layihəsi həyata keçirilib
Bu xəbəri paylaş
"Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması" layihəsi həyata keçirilib
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilaları Milli Şurasının dəstəyi ilə “Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması” adlı layihəsinin icrasına başlamışdır. Layihə 2 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcəkdir
Layihənin məqsədi region gənclərini layihələrin yazılması və idarə edilməsi istiqamətində bilik və bacarıqlara yiyələndirmək, yerli və beynəlxalq qrantlara müraciət etmələrinə təşviq etməkdən ibarətdir.
Layihə çərçivəsində təlimlərin 12-13 fevral 2022-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur. Yerlər məhduddur. Seçilmiş iştirakçılarla öncədən əlaqə saxlanılacaq və bu iştirakçılar təlimlərin sadəcə birində iştirak edəcəklər.
https://forms.gle/1h5ey8qr92hEeRkc9
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)