"Alaş" hərəkatının lideri Axmet Baytursınovun 150 illiyi
Bu xəbəri paylaş
Axmet Baytursınov - alim, türkşünas, tərcüməçi, pedaqoq, publisist, ictimai xadimdir. O, vaxtilə Stalin repressiyalarının ədalətsizliyinin qurbanı olub, yarım əsrdən artıq müddət ərzində bir dəfə də olsun xatırlanmayıb, onun adı Qazaxıstan tarixində layiqli yer tutmayıb. Yalnız indi, dəyişikliklər şəraitində, tarixdə “ağ” ləkələrin aradan qalxdığı bir vaxtda Şakarim Kudaybergenov və Maqjan Jumabayev, Jusupbek Aymauyıtov, Mirjakıp Dulatov və Axmet Baytursınov kimi xadimlərinin adları xalqa qaytarılıb.
A.Baytursınov 28 yanvar 1873-cü ildə Turqay qəzasının Tosın vilayətində, kəndli ailəsində anadan olub. İlk təhsilini doğma aulda alıb, sonra isə Turqay rus-qazax məktəbində (1886-1891), Orenburq Müəllimlər Seminariyasında (1891-1895) təhsil alıb. Pedaqoji fəaliyyətə 1895-ci ildə aul sonra isə vilayət məktəblərin müəllimi kimi başlayıb. 1909-cu ildə iki sinifli rus-qazax məktəbinin müdiri olarkən Karkaralinsk şəhərində mövcud quruluşuna qarşı olan müxalifətə qoşulub, buna görə də həbs edilib və Orenburq şəhərinə sürgün edilib.
Bu dövrə onun qazax dilçiliyi və ana dilinin tədrisi metodikası sahəsində elmi axtarışları aiddir. Sonrakı illərdə o, qazax yazı sisteminin islahatlar prinsiplərinin işlənib hazırlanmasına başlayır, qazax qrammatikası kateqoriyalarının müəyyənləşdirilməsi üçün elmi terminologiya işləyib hazırlayır.
A.Baytursınov birinci qazax əlifba kitabının müəllifidir. Alimin şərəfinə baytursınov əlifbası adlandırılan yeni qazax əlifbası vaxtilə bütün türkdilli xalqlar üçün yazı islahatı keçirilərkən yaxşı nümunə olub. O, həmçinin “Ana dili üzrə dərs vəsaiti”, “Qazax dili kursunun şərhi”, “Qrammatikanın öyrənilməsi üzrə dərslik”, “Nitqin inkişafı” dərslikləri, müxtəlif xrestomatiyalar yazıb. Bu metodiki əsərlər hələ də qazax dilçiliyi və qazax dilinin tədrisi metodikası sahəsində alimlər arasında nüfuza malikdir.
A.Baytursınov yaradıcılıq fəaliyyətinə təmsil yazıçısı kimi başlayıb. O, öz şeirlərində qazax xalqının ehtiyac və arzularını, işıqlı gələcək arzusunu bildirirdi, məmur aparatının ikiüzlülüyünü ifşa edirdi, biliyə, mədəniyyətə sahib çıxmasına dəvət edirdi. “Qırx təmsillər” (1909), “Masa” (1911), “Ağcaqanad” (1911) əsərlərində boşluq, tənbəllik, avamlıq, cəhalət kimi insan qüsurları və çatışmazlıqları lağ edir.
A.Baytursınov 1913-cü ildə qazax ziyalılarının təşəbbüsü ilə yaradılmış “Qazax” qəzetinin ilk redaktoru olub. Qəzetin proqramında əsas məsələ qazax dilinin, mədəniyyətinin, məktəb təhsilinin inkişafı problemlərinin işıqlandırılması idi.
1917-ci il inqilabından sonra “Alaş” partiyasinin üzvü olan A.Baytursınov Qırğız (Qazax) diyarının hərbi-inqilabi komitəsinə üzv seçilir, diyarın Maarifləndirilmə narkomu (1920-1921), Akademik Mərkəzin sədri (1921-1922) vəzifələrində çalışır, Maarifləndirmə Narkomun Elmi-Metodiki Şurasının üzvü olur.
1920-ci ildə RKP-yə (B) daxil olur, 1921-1928-ci illərdə Qazax xalq təhsili institutunda işləyir, orada Qazax dili və ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə mühazirələr oxuyur. A.Baytursınov 1928-1929–cu illərdə Qazax Dövlət Universitetinin professoru olub. Onun yaratdığı və onun adı ilə adlandırdığı qrafik sistem savadsızlığı tez bir zamanda aradan qaldırmağa, qazaxların yazı mədəniyyətini yüksəltməyə imkan verib.
1929-cu ilin iyununda A.Baytursınov Qızıl-Ordaya yaradıcılıq səfəri zamanı həbs edilib. O, 1926-cı ildə Bakıda türkşünasların qurultayında xarici alimlərlə görüşməsində, Mustafa Çokayevlə əlaqə yaratmağa çalışıb, guya Qazaxıstanın Rusiyadan ayrılma planını həyata keçirməyə ondan kömək istəməsində günahkar bilinib.
1931-ci ildə o, Arxangelsk vilayətinə sürgün edilib, buradan o, Alma-Ataya yalnız üç ildən sonra qayıdıb. 1937-ci ildə də yeni repressiya dalğası başlayanda onu yenidən həbs etdilər. 8 dekabr 1938-ci il tarixində Axmet Baytursınov “xalqın düşməni” kimi güllələnib.
Ancaq zaman hər şeyi öz yerinə qoydu. 1988-ci ildə Axmet Baytursınulı bəraət qazanıb. Alim, maarifçi Axmet Baytursınov yenə də bizimlədir. Öz kitabları ilə, onun adını daşıyan fondla, küçələrin adı ilə, ən başlıcası isə bu günün problemlərinə uyğun olan ideyaları ilə.
Alma-Atada Baytursınov və Cambul küçələrinin kəsişməsində Axmet Baytursınovun ev-muzeyi açılıb və onun ətrafında maarifçinin şərəfinə heykəl ucaldılıb;
Onun şərəfinə Kostanayda (2000), Şımkentdə (2004) abidələr ucaldılıb, onun adı Qazaxıstanın bir çox şəhərlərindəki küçələrə verilib; Kostanay Dövlət Universiteti Baytursynovun adını daşıyır.
ссылка на https://adebiportal.kz/ru/authors/view/468
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)