Rəssamlar İttifaqında Gənclər Günü münasibətilə rəsm sərgisi açılıb (AZpress. İ.Rüstəm, +FOTO=64)
Bu xəbəri paylaş
Rəssamlar İttifaqında Gənclər Günü münasibətilə rəsm sərgisi açılıb (AZpress. İ.Rüstəm, +FOTO=64)
Gənclər Günü münasibəti ilə Rəssamlar İttifaqında gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi açılıb. Hər il ənənəvi keçirilən ekspozisiya gənclərimizin yaradıcılıq potensialının üzə çıxarılmasına, onların əl işlərinin daha geniş auditoriyaya çatdırılmasına böyük töhfədir. Sərgidə 80 –ə yaxın rəssam incəsənətin müxtəlif janrlarında olan 150-dək əsər təqdim edib. Ekspozisiyada nümayiş olunan hər bir əsər qeyri-adi üslubu və rəngarəngliyi ilə göz oxşayır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni, Azərbaycanın incisi Qarabağa həsr olunan tablolar sərgiyə xüsusi rəng qatıb. Gənclər və İdman Nazirliyi, Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgi fevralın 9-dək davam edəcək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)































































