ADPU Tələbə Gənclər Təşkilatı üçüncü dəfə "İlin TGT-si" seçilib - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “I Strateji Planlaşdırma Forumu” keçirilib. Forumun keçirilməsində əsas məqsəd ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.


Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayan tədbir ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə davam edib. Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisinin deputatı Şahin İsmayılov və Təhsil nazirinin müşaviri Nicat Məmmədlinin iştirakı ilə “Qarşıya qoyulmalı hədəflər və bizlərdən gözləntilər” mövzusunda tələbələrlə panel görüş keçirilib. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək tələbə gəncləri təbrik edib. Rəsmi hissə TGT-lərin, TGT sədrlərinin və aktiv üzvlərin mükafatlanması ilə yekunlaşıb.


2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) “İlin ən yaxşı TGT-si” adına layiq görülüb. Eyni zamanda ADPU TGT-nin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Gülnar Xanəliyeva “İlin TGT nümayəndəsi” adı və daha 20 nəfər idarə heyəti üzvü isə Fəxri Fərmanla təltif olunublar.


Artıq üçüncü dəfə bu titula yiyələn ADPU TGT-nin sədri İsmayıl Nəsirov deyib: “Qazanılan bütün bu uğurların təməlində ADPU-da rəhbərlik tərəfindən yaradılan münbit ictimai fəal mühit, təşkilatlararası sağlam rəqabət prinsipləri dayanır. Son 1 il ərzində 400-ə yaxın layihəsi baş tutan ADPU TGT-nin yüksələn xətt üzrə davam edən inkişafına təşkilat daxilində fəaliyyət göstərən struktur idarə heyətlərinin, ümumən bütün fəal TGT-çilərin töhfəsi də danılmazdır”.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020