Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gəl, ümid” adlı kamera vokal musiqisi axşamı təqdim olunub (AZpress.AZ -B.Əqdəş +FOTO=17)
Bu xəbəri paylaş
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gəl, ümid” adlı kamera vokal musiqisi axşamı təqdim olunub (AZpressAZ -B.Əqdəş +FOTO=)
1 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “BakuOperArt” layihəsi olan “Komm, Hoffnung” (Gəl, ümid!) adlı konsert proqramı təqdim edildi. Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi gecəsi(Liederabend ) hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq VanBethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə ərsəyə gəlib. İki istedadlı musiqiçi Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunan əsərlər təşkil edir. Təşkilatçılar Konsertin xüsusi ab havasını yaradan fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkür edir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
















