Kəlbəcərdə yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır +VİDEO

Kəlbəcərdə yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır 

 

Kəlbəcər rayonu gözəl oluğu qədər çətin relyefi, əsasən dağlıq ərazilərdən ibarət olduğundan burda qış həm də çox sərt keçir. Çovğun və külək nəticəsində, təmizlənmiş yollar qısa müddətdə yenidən qarla örtülür.

 

Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rayon ərazisində çətin iqlim şərtlərinə baxmayaraq dayanmadan və usanmadan xidmətini davam etdirir.

 

Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisuKəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.

 

Yüzlərlə kilometr uzunluğa malik yolların qardan və buzdan təmizlənməsi işlərini tənzimləmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər rayonunda qərargah21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Qərargah və dayaq məntəqələri sərt iqlimə uyğun lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyyatları ilə təmin olunub.

 

Bundan başqa maşın-mexanizm və texnikaların fasiləsiz xidmətini, işçilərin isinməsi və istirahəti təşkil etmək üçün xüsusi xidməti sahələryaşayış düşərgələri də yaradılıb. Yetəri qədər yeməkiçməli su ehtiyyatı görülüb, işçilərə isti geyimlər verilib. Bərabər olaraq bütün işçilərin ezamiyyə xərcləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin diqqət mərkəzindədir.

 

Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm texnika təhkim olunub, xidməti qrup yaradılıb. Xidməti qrupun tərkibində çalışan çilingər ustaları, mexaniklər tərəfindən təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki servis işləri yerindəcə aparılır, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edilir. Maşın-mexanizm və texnikaların, həmçinin xidməti sahələr və yaşayış düşərgələrində olan işıq generatorların fasiləsiz çalışması üçün ərazilərə yanacaq daşıyan maşınlar təhkim edilib.

 

Kəlbəcər rayonu ərazisində yerləşən və rayona gələn bütün yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fasiləsiz nəzarəti altında saxlanılır. Lazım olduqca yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülməklə avtonəqliyyat vasitələrinin normal, təhlükəsiz və fasizləsiz hərəkəti təmin olunur və olunmağa davam etdirələcəkdir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020