Komissar Simson və Varheli Azərbaycanda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında - FOTO

3 fevral tarixində Enerji üzrə Komissar Kadri Simson və Qonşuluq və Genişlənmə üzrə Komissar Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün Bakıya gəliblər. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək və Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivlərini müzakirə etmək üçün bir fürsətdir. Komissar Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edir – onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər. Komissar həmçinin Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşəcəkdir. Komissar Várhelyi Bakıda olarkən bir sıra ikitərəfli görüşlər keçirəcək, iyulda baş tutan son səfəri zamanı təqdim olunan Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının və onun Azərbaycan üzrə flaqman təşəbbüslərinin icrası, habelə ikitərəfli münasibətlərin əsas məsələləri ilə bağlı müzakirələr aparacaq.

 

Komissar Várhelyi dünən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, sabah isə İqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Xarici işlər naziri Ceyhun Bayramovla (görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək) görüşəcək. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Komissar, dünən Trans-Adriatik Boru Kəmərinin İdarəedici direktoru Luka Şieppati, bu gün isə Energetika naziri Pərviz Şahbazovla birlikdə bir sıra Qərbi Balkan ölkələrinin nazirləri ilə görüşəcək.

Səfərin audiovizual materialları EbS-də olacaq. Aİ-Azərbaycan münasibətləri haqqında ətraflı məlumatı buradaburada tapa bilərsiniz.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020