AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi işıq üzü görüb +FOTO

AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi işıq üzü görüb
 

AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının VII nömrəsi çapdan çıxıb və vebsayta (www.plantfungalres.az) yerləşdirilib.
İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevadır. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdıraraq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında əksəryəti xarici ölkələrdən (İtaliya, Türkiyə, İran, Qazaxstan) olan alimlərin məqaləsi yer alib. Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru (DOI) bütün məqalələr üçün təmin edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020