Koronavirus xəstələri üçün antibiotik istifadəsi zərərlidir - VİDEO
Bu xəbəri paylaş
Koroavirus xəstələrinn antibiotik istifadəsinin reallığı sadəcə xəstəliyin ikinci həftəsində - immun faza şiddətləndiyi, 1 həftə-10 gündən çox davam edən hərarət zamanı aparılan analizlərdə sekunda infeksiya deyilən, yəni virus hadisəsi söndükdən sonra orqanizmdə bakterial infeksiyalar deyilən vəziyyət olduğu zaman həmin mərhələlərdə xəstəxanalarda antibioterapiyanın başlanmasına həkimlər tərəfindən qərar verilir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov bu barədə “Xəzər” TV-nin “Xəbər ertəsi” verilişinə danışıb. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirəm. https://youtu.be/5pmuRivvT9g
Xəstələrin “hərarət var, ehtiyat üçün antibiotik qəbul edirəm” fikirləri yanlışdır. Bu zaman virusla mübarizədə bədənin istifadə etdiyi mexanizmlərə zərər verərək, bu xəstəliyin daha gec dönəmlərdə sağalması üçün zəmin yaratmış oluruq. Antibioterapiyanın COVİD-19 xəstəliyində virus xəstəliyi olduğu üçün yerinin olmadığı artıq müzakirə mövzusu deyil. Bu artıq birmənalı təsdiqini tapmış həqiqətdir.
Bundan başqa, təhlükəli dərmanlar sayılan deksametazon və prednizolon kimi hormonal dərmanların istifadəsi erkən dönəmlərdə insanlar faydasını görsələr də, sonralar ağırlaşmalar nəticəsində xəstəxanalara düşən xəstələrin vəziyyətində, sağalmasında problemlər yaradır. Evdə bu dərmanlardan özbaşına, yersiz istifadə etmək yolverilməzdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)