Gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq - Yardımlıda maarifləndirici tədbir Akif Ağayev (AZpress.AZ)

“Gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq” - Yardımlıda maarifləndirici tədbir Akif Ağayev (AZpress.AZ)

 “Gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq” - Yardımlıda maarifləndirici tədbir

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Yardımlı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Yardımlı rayonunda “Gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Yardımlı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Elbəy Fətəliyev, Şəhriyar Şabıyev, rayon təhsil şöbəsinin məsul işçisi Mirnəzər Mirkazımlı, V.Nəciyev adına Yardımlı şəhər 4 saylı tam orta məktəbin direktoru Miralim Səlimov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli bildirib ki, Yardımlıda dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində maarifləndirmə mütəşəkkil həyata keçirilir: “Təhlillər göstərir ki, radikalizim və ekstremizmin əsas qurbanları gənclərdir. Məhz bu səbəbdən maarifləndirmə tədbirlərinə gənclərin cəlb olunmasına xüsusi diqqət ayrılmalıdır...”

Azərbaycan multikulturalzminin dünyaya nümunə olduğunu bildirən digər natiqlər çıxışlarında dini radikalizmlə mübarizə çərçivəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, gəncləri aqressiv münasibət sərgiləməkdən çəkinməyə və daim sağlam bilgilər əldə etməyə çağırıblar.
Tədbirdə “Vətən naminə” adlı maarifləndirici filim nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020