Ağcabədidə elektrik şəbəkələri yenidən qurulur (AZpressAZ -Mais İbrahimov +FOTO=19)

Ağcabədidə elektrik şəbəkələri yenidən qurulur (AZpressAZ -Mais İbrahimov +FOTO=19)

Ağcabədidə elektrik şəbəkələri yenidən qurulur (AZpressAZ -Mais İbrahimov +FOTO=19)

 

“Azərişıq” ASC tərəfindən rayonumuzda yenidənqurma işləri həyata keçirilir. Bölgədə abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün elektrik şəbəkələri yenidən qurulur.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, artıq rayonun Mehrablı, Ağabəyli və Cəfərbəyli kəndlərində istismar müddəti başa çatmış elektrik dirəkləri və naqilləri yeniləri ilə əvəz olunub. Aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaq üçün rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, millət vəkili Tahir Rzayev, YAP rayon təşkilatının sədri Rövşən Əhmədov sözügedən kəndlərdə olub, sakinlərlə görüşüblər.

 

Qeyd edək ki, Mehrablı, Ağabəyli Cəfərbəyli kəndlərinin ərazisində quraşdırılan yeni transformatorlar həm əhali, həm də qeyri-əhali sektorunun abonentlərini normal elektrik enerjisi ilə təmin edəcək.
Rayonda “Azərişıq” tərəfindən yenidən qurma işləri davam etdirlir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020