Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub

Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub

Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işçi qrupun iclasında vurğulanıb.

İclasda yeni meyarların üstünlükləri qeyd olunub. Bildirilib ki, həmin meyarlar əsasında şəxsin 7 istiqamət - özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin məhdudlaşma dərəcəsi əsas götürülməklə təyinat aparılacaq.

Bu da əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı  yanaşmanı təmin edir, eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artırır.

İclasda tətbiq olunacaq yeni meyarlarla bağlı sosial təminat, o cümlədən orqanizm funksiyasının pozulması meyarına uyğun şəkildə sosial ödənişlərin formalaşdırılması və həyata keçirilməsi məsələləri, müvafiq təkliflər müzakirə olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020