DÜNYA VƏ ƏNƏNƏVİ DİNİ LİDERLƏRİ QURULTAYIN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Bu xəbəri paylaş
13 fevral 2003-cü il tarixində din, mədəniyyət və sivilizasiyaların yaxınlaşmasında mühüm rol oynamış Beynəlxalq sülh və həmrəylik konfransında Qazaxıstanda dünya və ənənəvi dini liderlərinin qurultayının keçirilməsi təşəbbüsü irəli sürülüb.
Qazaxıstanın uğurların və yeni təşəbbüslərinə etimadın dünya tərəfindən tanınması ABŞ, Rusiya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Misir, Polşa, Almaniya dövlət başçıları, böyük beynəlxalq təşkilatların rəhbərləri tərəfindən qurultaya öz salamlarının göndərilməsi təsdiq edir.
2003-cü ilin sentyabrında keçirilən dünya və ənənəvi dinlərin liderlərinin I Qurultayı unikal hadisəyə çevrildi: ilk dəfə olaraq dini cəmeənin bütün nümayəndələri bir masa arxasında toplaşıblar.
Birinci Qurultayın əhəmiyyəti onun konseptual ideyasında idi – dinlərin dialoqu mübahisələrin həlli və terrora qarşı mübarizə üçün səmərəli vasitədir. Birinci konqresin məqsədi daimi beynəlxalq institutun yaradılması və dini dialoqun təmin edilməsi və razılaşdırılmış qərarların qəbul edilməsi üçün dünyada ümumi oriyentirlərin tapılması idi.
I Qurultay dini liderlərin gələcəkdə ahəngdar dünyanın əsası kimi cəmiyyətlərdə həmrəylik və sabitliyin təmin edilməsi üçün birgə tədbirlər barədə bəyanatlarını əks etdirən bəyannamənin qəbulu ilə başa çatıb. Bundan başqa, dinlərarası forumun mütəmadi əsasda, üç ildə bir dəfə keçirilməsi, və beynəlxalq və konfessiyalararası dialoqun daimi fəaliyyət göstərən orqanı – Qurultay Katibliyin yaradılması barədə qərar qəbul edilib. Bununla da Qurultay sistemli məsələlərinin həlli üçün işçi dialoq meydançasının potensialını qazandı.
Dünya və ənənəvi dini liderlərinin II Qurultayı 2006–cı ilin sentyabrında “Dini etiqad azadlığı və digər dinlərə sitayiş edənlərə qarşı hörmət” və “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” istiqamətlər üzrə bu tədbir üçün xüsusi olaraq inşa edilmiş yeni binada - Sülh və razılıq sarayında keçirilib.
Qurultayın ilk günlərində iştirakçıların öz işlərində rəhbər tutduqları əsas komponentləri özündə əks etdirən “Dinlərarası dialoq prinsipləri” sənədi qəbul edilib. Bundan başqa, qlobal quruluşunun təmin edilməsində dünya və ənənəvi dini liderlərin rolunun və missiyasının gücləndirilməsinə yönələn bə müasir dünyada dinin rolunu tanıyan yekun sənədi qəbul edilib.
II Qurultay iştirakçıları bütün dinlərin və etnik qrupların nümayəndələrini mədəni və dini fərqliliklər zəminində münaqişələrin qarşısını almağa çağıran birgə bəyannamə də qəbul ediblər.
Dünya və ənənəvi dini liderlərinin 2009-cu ilin iyulunda keçirilən III Qurultayının müzakirə mərkəzində Konqresin formatına müəyyən dəyişikliklər edilmiş “Dözümlülük, qarşılıqlı hörmət və əməkdaşlıq dünyasının qurulmasında dini liderlərin rolu” mövzusu olub. Bu qurultayın yeniliklər sırasında seksiya iclasları olub.
Tədbirin sonunda dünya birliyini dini liderlərin və təşkilatların məhsuldar dinlərarası dialoqun qurmasına, dinlər və sivilizasiyalar dialoqunun dəstəklənməsinə yardım edilməsi üçün səylərini daim dəstəkləməyə və təşviq etməyə çağıran yekun birgə sənəd qəbul edilib.
Qurultayın yekunu olaraq, mədəniyyətlərin dialoquna və iqtisadi əməkdaşlığa istiqamətlənmiş digər beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığı təmin etmək üçün Dini Liderlər Şurasının yaradılması təklifi irəli sürülüb.
Öz növbəsində, Dünya və ənənəvi dini liderlərinin “Sülh və razılıq bəşəriyyətin seçimi kimi” mövzusunda IV Qurultayı 2012-ci ilin mayında keçirilib və tədbirdə bəşəriyyətin təhlükəsizliyinin möhkəmləndirilməsində, dialoqun və qarşılıqlı anlayışın yaxşılaşdırılmasında dini liderlərin vacib rolu vurğulanıb.
IV Qurultayın ən mühüm təşəbbüslərindən biri qlobal tolerantlığın və etimadın formalaşmasına və möhkəmləndirilməsinə həsr olunmuş vahid G-Global elektron portalı çərçivəsində internet resursunun yaradılması oldu.
“Dini liderlərinin və siyasi xadimlərin sülh və inkişaf naminə dialoqu” - 2015-ci ilin iyununda Dünya və ənənəvi dini liderlərinin V Qurultayının mövzusu məhz belə səslənirdi.
V Qurultay iştirakçılarının formalaşdırdığı Bəyannamənin prinsiplərindən biri hərbi münaqişə tərəflərinin toqquşmaları dayandırmaq və danışıqlar vasitəsilə zorakılığın dayandırılması, dinc əhalinin müdafiəsi haqqında sazişlərin hazırlamaq çağırışına əsaslanırdı.
2018–ci ilin oktyabr ayında keçirilən VI Qurultayının əsas mövzusu olan “Dini liderlər təhlükəsiz sülh naminə” mövzusu ilə yekdilliklə razılaşaraq, iştirakçılar mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması məsələlərini müzakirə ediblər, qlobal təhlükəsizlik və ekstremizm və terrorizmə qarşı mübarizə tədbirlərindən söhbət açıblar.
Dünya və ənənəvi dini liderlərinin VI Qurultayının işinin nəticələri göstərdi ki, qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə çıxması labüddür. Qurultay iştirakçılarının Bəyannaməsində vurğulanıb ki, bütün dini liderlər dünya birliyinə, insanlara, dövlətlərə sülh və təhlükəsizlik çağırışı ilə müraciət etməlidirlər.
Səslənən təşəbbüslərin birgə həyata keçirilməsi üçün VI Qurultay nümayəndələri dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına dair N.Nazarbayev Mərkəzinin təsis edilməsi barədə təklif irəli sürdülər.
2021-ci ildə Qurultay Katibliyinin XIX iclasında Qurultayın VII iclasının mövzusu müəyyənləşdirildi: “Postpandemiya dövründə bəşəriyyətin sosial-mənəvi inkişafında dünya və ənənəvi konfessiyaların liderlərinin rolu”, o cümlədən Qurultayın 14-15 sentyabr 2022-ci il tarixlərində Nur-Sultanda keçirilməsi tarixləri təsdiq edildi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)