Mərkəzi Gömrük Hospitalının pediatrları "Neonatal tibbdə irəliləyişlər və ziddiyyətlər" konfransında çıxış ediblər
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev və pediatr Təranə Göyüşova 12 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elmi -Tədqiqat Pediatriya İnstitutunun və Uptodate in Medicine-nin birgə təşkilatçılığı ilə “Neonatal tibbdə irəliləyişlər və ziddiyyətlər” mövzusunda keçirilən konfransda çıxış ediblər.
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev konfransda “Yeni doğulmuşlarda invaziv ventilyasiya və ventilyasiyanın istifadəsi” mövzusunda və pediatr Təranə Göyüşova “Yenidoğulmuşlarda fizioloji keçid hallar” mövzusunda təqdimatlar ediblər.
Həmçinin, tədbirdə Neonatal qıcolmalar və USİ, Nekrotik enterokolitin cərrahi müalicəsi, Neonatal sepsisin diaqnostika və müalicəsinə müasir yanaşma, Qida borusu atreziyasına müasir yanaşma,Torakoskopiyanın rolu, Yenidoğulmuşlarda hipoqlikemiya, Qida borusu atreziyasına müasir yanaşma, Torakoskopiyanın rolu, COVİD-19 və yenidoğulmuş və digər mövzularda təqdimatlar edilib. Təqdimatlardan sonra neonotologiyada müasir nəzəri praktiki yanaşmalar və ən son elmi tədqiqatların nəticələri müzakirə edilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)