“Zərərli vərdişlərlə qarşı mübariz olaq” Akif Ağayev (AZpress.AZ)

 “Zərərli vərdişlərlə qarşı mübariz olaq”


Masallıda maarifləndirmə tədbiri

 

Rayonun Ərkivan qəsəbə şəhid Zahid Nəcəfov adına 2 saylı tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, rayon polis və təhsil şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə “Zərərli vərdişlərlə qarşı mübariz olaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qfarova, rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytinantı Azay Ağayev, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Əbülfəz Əsədov, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd edilib ki, məktəblilərin zərərli vərdişlərdən qorunması gənc nəslin vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi deməkdir.

Zərərli vərdişlərin, xüsusilə bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlardan söhbət açan natiqlər bu sahədə maarifləndirmə işlərinə önəm verilməsinin vacibliyini diqqətə çatdırıblar: ”Hamı zərərli vərdişlərin yayılmasına qarşı mübariz olmalıdır. Günün aktual, eyni zamanda ağrılı probleminə çevrilən narkomaniya ilə mübarizə bütünlükdə dövlətin, cəmiyyətin, eləcə də hər birimizin üzərinə düşən məsuliyyətdir.”

Tədbirdə mövzu ilə bağlı video-çarx nümayiş etdirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020