Masallıda “Qəhrəmanları tanıyaq” layihəsinə start verilib Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Masallıda “Qəhrəmanları tanıyaq” layihəsinə start verilib
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin “Qəhrəmanları tanıyaq” adlı layihəsi çərçivəsində ilk tədbir şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 saylı tam orta məktəbində təşkil edilib.
Karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Birinci Qarabağ və Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə məlumat verib. O, qeyd edib ki, 44 gündə qazandığımız böyük Zəfər müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və igid oğullarımızın misilsiz rəşadəti sayəsində mümkün oldu: “Torpaqlarımız uğrunda sağlamlığını itirən qazilər, hər bir əsgər bizimçün örnəkdir. Onlar bu ölkənin qəhrəmanları, Azərbaycanın qalıb ordusunun qalib əsgərləridir. Bizim qürur qaynağımız olan qəhrəmanları tanımalıyıq.”
Vətən müharibəsinin şahid və fədakar oğulları Talıb Qəzənfərli, Cavid Nuri, Rəşad Ağaşzadə, Elçin Məmmədov döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Məktəbin direktoru Cəsarət Həmidov, müəllim Mübariz Rzayev tədbirin təşkilatçılarına, Vətən müharibəsi qəhrəmanlarına təşəkkür və ehtiramlarını ifadə edərək, bu səpkili tədbirlərin şagirdlərin, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətindən danışıblar.
Sonda xatirə şəkilləri çəkilib.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


