Mərkəzi Gömrük Hospitalında Rusiyanın "Alkor Bio" şirkətinin nümayəndələri ilə görüş keçirilib

16 fevral 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Rusiyanın “Alkor Bio” şirkətlər qrupunun  nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev  Mərkəzi Gömrük Hospitalının Tibbi  laboratoriyası, bu sahədə qazanılan təcrübə və yeniliklər barədə ətraflı məlumat verib. Dr.İsmayıl Əfəndiyev bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Mərkəzi Gömrük Hospitlının tibb heyəti həm sərhədlərdə, həm də ölkə daxilində COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşulan öncüllər sırasında olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə 2020-ci ilin aprel ayından Hospitalda ən innovativ tibbi avadanlıqlarla təmin edilən PZR laboratoriya fəaliyyətə başlayıb. Real vaxtlı PZR Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir.


Həmçinin, Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 "Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər" beynəlxalq keyfiyyət standartı üzrə audit akkreditasiyasını 2021-ci ildə üçüncü dəfə müvəffəqiyyətlə keçərək, ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğunu bir daha təsdiq edib.


 “Alkor Bio” şirkətlər qrupunun kommersiya direktoru Aleksandr Reşetnikov  şirkətin istehsal etdiyi hormonal diaqnostika üçün test-sistemləri, Daun sindromunun prenatal skrininqi üçün dəstlər və proqram təminatı, biomaterialın yığılması və saxlanması üçün DNT-kartlar, irsi tromboflibiyanin aşkar edilməsi üçün reagentlər və digər məhsullar barədə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə edilib.


Qeyd edək ki, Rusiyanın “Alkor Bio” şirkətlər qrupu 1992-ci ildən fəaliyyət göstərir. “Alkor Bio” şirkətlər qrupu Rusiyanın laborator diaqnostika üçün reagentlərin yığılması bazarında ilk üçlüyə daxildir. Eyni zamanda,  hormonal və in vitro allerqodiaqnostika üçün məhsul istehsalçısı kimi ilk yerləri tutur. Yüksək keyfiyyətli məhsullar, çeşidin daim genişləndirilməsi, müştərilərinin ehtiyaclarına daimi diqqət – bütün bunlar yüksək biotexnologiyalar sahəsində “Alkor Bio Group”-a nailiyyətlər əldə etməyə zəmin yaratmışdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020