Cüdoçularımız "Böyük Dəbilqə"yə "gümüşlə" başlayıblar, İlk medalın sahibi Yaşar Nəcəfovdur -İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçularımız "Böyük Dəbilqə"yə "gümüşlə" başlayıblar, İlk medalın sahibi Yaşar Nəcəfovdur -İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçularımız "Böyük Dəbilqə"yə "gümüşlə" başlayıblar, İlk medalın sahibi Yaşar Nəcəfovdur -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən İzrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə böyüklər arasında mövsümün növbəti "Böyük Dəbilqə" turnirinə start verilib. Start günü dayanq üzərinə üç cüdoçumuz çıxıb ki, onlardan da biri uğurla çıxış edərək finala qədər irəliləyib və sonda ikinci yeri tutmaqla gümüş medala layiq görülüç. Sphbət 66 kq-da çıxış edən Yaşar Nəcəfovdan gedir.

 

Xatırladaq ki, ardıcıl olaraq, Ukrayna, İzrail, İspaniya və Monqolıstan təmsilcisini üstələyərək, finala yüksələn Nəcəfov bu görüşdə İzraildən olan digər cüdoçu - Baruxu Şmailovla bacarmayıb və nəticədə də turnirin gümüş medalı ilə kifayətlənib.

 

İlk gündə mübarizəyə qatılan digər cüdoçularımıza gəlincə, 60 kq-da tatamiyə çıxan Kəramət Hüseynov aldığı zədə üzündən bürünc medal uğrunda keçirilən kiçik finaldan kənarda qalmaqla çıxışını 5-ci yerdə başa vurub. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayevsə əvvəlcə 14 finalda, ardından isə birinci təsəlliverici görüşdə uduzaraq 7-ci olub.

 

Bu gün isə daha 3 cüdoçumuz mübarizəyə qatılacaq. Ümumiyətlə, qeyd edək ki, fevralın 19-dək davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla 34 ölkədən 309 (179 kişi, 139 qadın) tatami ustası mübarizə aparır.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020