Şəhidin xatirə gecəsi -AZpress.AZ (Ağaddin Babayev, Lənkəran – FOTO=3)
Bu xəbəri paylaş
Şəhidin xatirə gecəsi -AZpress.AZ (Ağaddin Babayev, Lənkəran – FOTO=3)
Lənkəranın Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Boladi-1 kənd folklor klubunda 44 günlük Qarabağ müharibəsinin şəhidi Valeh Asim oğlu Əkbərzadənin doğum günü münasibəti ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı xatirə gecəsi keçirilib. AZpress.AZ xəbər verir ki, əvvəlcə, şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Folklor klubunun mədəni-təşkilatçısı Samirə Ağayeva şəhid Valeh Əkbərzadənin həyat və döyüş yolu haqqında məlumat verib.
Mərasimdə iştirak edən Boladi kənd bələdiyyəsinin sədri Salman Dadaşov, şəhid Valeh Əkbərzadənin atası Asim Əkbərov, anası Xədicə Əkbərova və şəhidin digər ailə üzvləri, şəhid Aqşin İbadovun atası Nazim İbadov və digər iştirakçılar mözvü ətrafında çıxışlar ediblər.
Tədbirin bədii hissəsində Boladi-1 kənd folklor klubunda fəaliyyət göstərən "Natiq" bədii-qiraət dərnəyinin üzvləri şeirlər səsləndirib. Sonda Xatirə şəkilləri çəkilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


