Burun tutulmalarının səbəbləri və müalicəsi - VİDEO

Dr.Elvin Əzizov: “Soyuq havaya çıxanda burunda tutqunluq, tıxanıqlıq yaranır ki, bunun da səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, burunda olan qoruyucu mexanizmlərin işə düşməsi və bu zaman selikli qişanın şişməsidir”.


Mərkəzi Gömrük Hospitalının həkim-otolarinqoloqu Elvin Əzizov ATV-nin “Səhər” proqramına bu mövzuda   müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Süjetin linkini Sizə təqdim edirik. https://youtu.be/RX6LGvaLv-w


Qeyd edək ki, son zamanlar geniş yayılmış virus xəstəlikləri zamanı əsas əlamətlərdən biri də burun tutulmasıdır. Soyuq havaya çıxanda burunda tutqunluq, tıxanıqlıq yaranır ki, bunun da səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, burunda olan qoruyucu mexanizmlərin işə düşməsi və bu zaman selikli qişanın şişməsidir.


Həmçinin toz hissəcikləri və yaxud yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı burun boşluğuna düşmüş bakteriyalar və viruslar nəticəsində də burunun selikli qişasının qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq yaranır. İnsanlar əksər hallarda bu problemin qarşısını həkim məsləhəti olmadan almağa çalışır, apteklərdən müxtəlif burun spreyləri alaraq istifadə edirlər. Lakin mütəxəssislər bu kimi vasitələrdən tez-tez istifadəni tövsiyə etmirlər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020