Masallıda mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub (AZpress. Akif Ağayev, +FOTO=3)

Masallıda mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub (AZpress. Akif Ağayev, +FOTO=3)

Masallıda mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub (AZpress. Akif Ağayev, +FOTO=3)

 

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılıgı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub.

 

“Viləş” mini-futbol stadionunda 10 komandanın iştrakı ilə təşkil olunan birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, rayonda futbol idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olub.

 

Yarışların yekun nəticəsinə əsasən Masallı şəhər S.Tağıyev adına 4 saylı Digah tam orta məktəbin komandası birinci, Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin komandası ikinci, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

 

Qalib komandalar təşkilat komitəsi tərəfindən diplomlarla mükaftalandırılıb.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020