Güləşçilərimiz Bolqarıstan turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərimiz Bolqarıstan turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərimiz Bolqarıstan turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Fevralın 17-də Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə ənənəvi Dan Kolov - Nikola Petrov xatirə turnirinə start verilib. Fevralın 20-dək davam edəcək ənənəvi yarışda ölkəmiz 13 güləşçi ilə təmsil olunur. Belə ki, sərbəst güləşçilərin mübarizəsində baş məşqçi Namiq Abdullayevlə böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında turnirə qatılan Azərbaycan yığmasının heyətində Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Cəbrayıl Hacıyev (hər ikisi 74 kq), Əşrəf Aşırov (79 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov, İslam İlyasov (hər ikisi 97 kq) və Rahid Həmidli (125 kq) yer alıb. Qadınların yarışında isə ölkəmizi Elis Manolova (65 kq) təmsil edir. Memorialda daha bir həmyerlimiz - I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyanlar arasında yer alıb.

 

Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, ilk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb ki, onlardan da üçü - Əşrəf Aşırov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Elis Manolova (65 kq) bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. Yalnız İntiqam Vəlizadə (61 kq) startda uğursuzluqla üzləşib.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020