Hidayət Heydərov "Böyük Dəbilqə"nin qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Hidayət Heydərov "Böyük Dəbilqə"nin qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Hidayət Heydərov "Böyük Dəbilqə"nin qalibidir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İki gün öncə İzrailin paytaxtı Təl-Əvivdə kişi və qadın çüdoçular arasında starı verilən "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq. Qeyd edək ki, turnirin birinci günü kimi ikinci günü də cüdoçularımız üçün uğurlu olub. Beləki start günü Yaşar Nəcəfovun (66 kq) bürünc medal qazandığı turnirin növbəti günü Hidayət Hedərov (73 kq) daha yaxşı güləşərək qızəl medal qazanıb. Heydərov zirvəyə gedən yolun startında ev sahiblərindən biri olan Orona Qineri, bunun ardından almaniyalı İqor Vandkeni, yarımfinalda daha bir izrailli cüdoçunu - Toxara Bitbulyanı məğlub edərək finala çıxıb. Həlledici finalda isə o, Özbəkistan təmsilçisi Obidxon Nomonovu əlavə vaxtda üstələyib. Təəssüflər olsun ki, həmin gün tatamiyə cıxmalı olan cüdoçularımızdan - Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq) COVİD-19-a yoluxduğundan mübarizəyə qatıla bilməyib.
"Böyük Dəbilqə"nin bu günə təsadüf edən son günündə isə daha beş cüdoçumuz tatami üzərinə çıxaraq, nəyə qadir olduğunu göstərəcək. Bu beşlikdə Məmmədəli Mehtiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zəlim Kotsayev, Yelmar Qasımov (hər ikisi 100 kq) və ən ağırımız olan Uşanqi Kokuari (+100 kq) yer alıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020