Elis Manolova və Osman Nurməhəmmədov bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elis Manolova və Osman Nurməhəmmədov bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elis Manolova və Osman Nurməhəmmədov bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bolqarıstanda Azərbaycan finalı

 

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri keçirilir. Turnirdə Azərbaycan güləşçiləri də iştirak edirlər. Yarışın ilk günü biri qadın olmaqla 4 təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan Əfqan Xaşalovla Əliabbas Bayramov (hər ikisi 57 kq) mübarizəni erkən dayandırsa da digər ikisi daha yaxşı çıxış edərək bürünc medal qazanıb. Söhbət 65 kq-da döşək üzərinə çıxan Elis Manolova və 92 kq çəıki dərəcəsində qurşaq tutan sərbəst güləşçi Osman Nurməhəmmədovdan gedir. Qeyd edək ki, Manolova bürünc medal uğrunda keçirilən kiçik finalda rumıniyalı Amina Kapezanıyə (4:0), Nurməhəmmədov isə Şimali Makedoniya təmsilçisi Recep Haydariyə (10:0) heç bir şans verməyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Qarışın 2-ci günü daha 4 sərbəst güləşçimiz mübarizəyə qatılıb. Bu dördlükdən isə ikisi - Turan Bayramovla Cəbrayıl Hacıyev (hər ikisi 74 kq) finala cıxıb.Bununla da Bolqarıstanda Azərbaycan finalı yaranıb.

 

Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, Turan Bayramov (74 kq) təsnifat mərhələsində bolqar Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib - 12:0. 1/4 finalda əlcəzairli Abdelkader İkkaldan güclü olAN (6:0) Bayramov yarımfinalda macarıstanlı Murad Kuramqomedovla görüşdə qeydə alınan yekun hesaba (1:1) görə finala yüksəlib.

 

Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Hacıyevə gəlincə, qazaxıstanlı Sultan Jaksiliki "tuşe" ilə yolundan kənarlaşdırdıqdan pəhləvanımız ardından gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib - 12:1. Cəbrayıl yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

 

Beləliklə, 74 kq-da finalda millimizin iki üzvü Turan Bayramov Cəbrayıl Hacıyev qarşılaşacaq İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020