Yeni növ koronavirusu aşkar etmək üçün ən effektiv metod PZR testidir - VİDEO
Bu xəbəri paylaş
Dr.İsmayıl Əfəndiyev: “Koronavirusu aşkar etmək üçün müxtəlif metodlar olsa da, ən effektiv metod kimi PZR testi qalmaqdadır”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini, dosent İsmayıl Əfəndiyev ATV-nin “ATV”-nin “Səhər” proqramına müsahibəsində bildirib: “Ekspress testlərin effektivliyi PZR testlərlə müqayisədə çox zəifdir. Ekspress testlərin müəyyən həssaslığı var. Hazırda beynəlxalq normaya görə, onların həssaslıq faizi ən azından 75% olmalıdır ki, biz onları dürüst nəticə kimi qəbul edək. Amma təəssüflər olsun ki, hal-hazırda koronavirusun yeni ştamları meydana çıxır və həmin ştamların həssaslığı ekspress testlərin dürüstlüyünü aşağı salır. Bəzi tədqiqatların nəticələrinə görə, bu testlərin həssaslıq faizi 50 və ya 40%-dir.
Koronavirusu aşkar etmək üçün müxtəlif metodlar olsa da, ən effektiv metod kimi PZR testi qalmaqdadır. Bu test üsulu həm dəqiqdir, həm də digərlərindən fərqli olaraq, yeni ştamları da müəyyən edir”.
Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://youtu.be/2Vay5KCVH44 . Hazırda Azərbaycanda təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Bununla belə, insanların ev şəraitində koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün ekspress testlərdən istifadəsinə qadağa qoyulmayıb. Həmin ekspress testlər bütün apteklərdə satılır.
PZR testləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilir.
Qeyd edək ki, PZR testin nümunəsi laboratotiya şəraitində emal edildikdən sonra nəticəni dəqiq göstərə bilir. Ekspress kovid testlərini isə laboratoriya şəraitində yoxlamaq mümkün deyil. Buna görə də, bu testin nəticəsi virusun təsdiqedicisi hesab edilə bilməz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)