"Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması" layihəsi çərçivəsində təlimlər həyata keçirib - FOTO

"Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması" layihəsi çərçivəsində təlimlər həyata keçirib - FOTO

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilaları Milli Şurasının dəstəyi ilə “Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması” adlı layihəsi çərçivəsində nəzərdə tutulmuş iki günlük təlimlərini həyata keçirdi. Hər təlimdə 12 nəfər gənc olmaqla ümumilikdə 24 gənc iştirak etdi.


Təlimlərdə NAYORA-nın nümayəndəsi Rinat Abbasov, Zərdab rayon Gİİ nümayəndəsi Ələkbər Kərimov iştirak etdi. Təşkilatın sədri Vəfa Xəlilli “Gəncliyə Dəstək” ib haqqında, Azərbaycan Gənclər Fondu, NAYORA və layihə haqqında əlumat verdi. Eyni zamanda Təlimçi Bağı Xəlilov gənclərə Layihələrin yazılması və idarə edilməsi mövzusunda məlumatlar verdi. Təşkilatın üzvü Kəmalə Xəlilli Azərbaycan Gənclər Fonduna necə layihə təqdim edə biləcəklərini gənclərə başa saldı. Eyni zamanda Təşkilatın sədr müavini Eldar Xəlilov təşkilatın təsisçisi olaraq gəncləri aktiv olmağa və yerli və beynəlxalq qrantlara müraciət etmələrinə təşviq etdi.


İştirakçılar bu təlimlərdə layihə idarəetmə metodlarını əsaslı bir şəkildə anlayıb. Həmçinin, onlar bu metodları hər hansı bir təşkilatda, hər hansı bir layihənin müvəffəqiyyətini təmin etmək üçün dərhal istifadə edə biləcəklər.


Layihələrin yazılması və idarə edilməsi mövzusunda gənclərin biliklərinin möhkəmlənməsi üçün qrup işləri aparılıb. Eyni zamanda təlimlərdə iştirak edən gənclərə “Layihələrin yazılması və idarə edilməsi” kitabları təqdim olunub. Kitabların paylanması gənclərin təlim zamanı öyrəndikləri biliklərin və həmçinin layihənin davamlılığını təmin etməkdən ibarətdir. Bundan başqa gənclərə çap materialları və hər bir gəncə təlim kursunda tam iştirakla bağlı sertifikat təqdim olunub.


Qeyd edək ki,lLayihənin məqsədi region gənclərini layihələrin yazılması və idarə edilməsi istiqamətində bilik və bacarıqlara yiyələndirmək, yerli və beynəlxalq qrantlara müraciət etmələrinə təşviq etməkdən ibarətdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020