Karateçilərimiz Karate 1 Premyer Liqada 3 medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Karateçilərimiz Karate 1 Premyer Liqada 3 medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
İrina Zaretska yenə də hamıdan güclü olub
Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində karatenin WKF versiyası üzrə Karate 1 Premyer Liqanın ilkin mərhələ yarışı keçirilib. Turnirə Azərbaycan 9 karateçi ilə qatılıb ki, onlardan da üçü daha uğurla çıxış edərək mükafatçılar arasında yer ala bilib. Ən yaxşı nəticəni isə fərdi kumite yarışında İrina Zaretska (68 kq) göstərib. Finalda italiya təmsilçisi olmaqla, bütün döyüşlərini qələbə ilə bitirən Zaretska turnirin baş mükafatına layiq görülüb. Yalnız finalda məğlubiyyətlə üzləşən Tural Ağalarzadə (67 kq) ikinci olmaqla gümüş medala sahib çıxıb. Turqut Həsənovsa (84 kq) ücüncu yeri tutub. Daha iki dayanq ustamız - Pənah Abdullayevlə (84 kq) Roman Heydərov (fərdi kata) bürünc medalın bir addımlığında dayanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


