“Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq” (AZpressAZ - Akif Ağayev, +FOTO=4)
Bu xəbəri paylaş
“Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq”(AZpressAZ - Akif Ağayev, +FOTO=4)
Masallıda tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzi və Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir: Gəlin gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı Masallı şəhər 3 saylı uşaq bağçasının balaca fidanları və müəllimləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaqlarda humanizm, dostluq, həmrəylik və Vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması, ümumilikdə uşaqlar arasında daha yüksək əhvali-ruhiyyə yaratmaqdan ibarətdir.
Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə bildirib ki, respublikanın hər yerində olduğu kimi Masallıda uşaqların normal yaşaması, təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir. O, uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni bağçalar və məktəblərin inşa olunduğunu, parklar salındığını qeyd edib.
Sonra Bioloji Təbabət Klinikası Masallı filialının psixoloqu Nigar Panaliyeva mövzu əsasında təlim aparmaq məqsədilə balaca fidanları səhnəyə dəvət edib.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



